Ekvadorun Guayas bölgəsində səkkiz insanın kəsilmiş başı aşkar edilib. Bu barədə Ekhbary News Agency məlumat yayıb.
Məlumata görə, qalıqların yanında “oğurluq qadağandır” yazılmış lövhə yerləşdirilib. Ehtimal olunur ki, qurbanlar qonşu Manabi bölgəsində öldürülüb və daha sonra hədələyici mesaj kimi başqa əraziyə aparılıb. Polis hadisəni narkotik qruplaşmaları arasında davam edən qarşıdurma ilə əlaqələndirir.
Hazırda Ekvadorda bir neçə narkokartel limanlara nəzarət uğrunda mübarizə aparır. Narkotik daşımalarının əsas marşrutlarından biri məhz bu bölgədən keçir. Ölkə Prezidenti Daniel Noboa rəsmi şəkildə Ekvadorun daxili silahlı münaqişə vəziyyətində olduğunu elan edib və kartelləri terror təşkilatları ilə eyniləşdirib.

