Bolqarıstanın qərbində dağlarda itkin düşmüş altı nəfərin qalıqları tapılıb. Bu barədə BBC News məlumat yayıb.
Fevralın 2-də Petrohan dağ aşırımı yaxınlığında yanmış daxmanın ərazisində üç kişinin meyiti aşkarlanıb. Onların 45, 49 və 51 yaşlarında olduğu bildirilib. Hər üçünün bədənində güllə yarası qeydə alınıb. Hadisə yerində iki tapança və bir tüfəng tapılıb. Atəşlərin yaxın məsafədən açıldığı müəyyən edilib, müqavimət izləri isə aşkarlanmayıb.
Altı gün sonra Okolçitsa dağı yaxınlığında park edilmiş avtodəmdə daha iki kişi və 15 yaşlı yeniyetmənin qalıqları tapılıb. Məlumata görə, onların hamısı “Milli Qorunan Ərazilərə Nəzarət Agentliyi”nin üzvləri olub.
Polisin ilkin versiyasına görə, avtodəmdə tapılan şəxslərdən biri intihar edib, digər iki nəfər isə güllələnərək öldürülüb.

