İtaliyada 57 yaşlı kişi təsadüfən 20 ədəd qızıl külçəni zibilə atıb. Bu barədə Corriere della Sera qəzeti məlumat yayıb.
Məlumata görə, kişi səhvini yalnız növbəti gün anlayıb və dərhal polisə müraciət edib. Əvvəlcə hüquq-mühafizə orqanları onun sözlərinə inanmayıb və müşahidə kameralarının görüntülərinə baxmaq qərarına gəlib.
Kadrlarda kişinin içərisində qızıl külçələr olan metal qutunu evdən çıxardığı görünüb. Polis zibil maşınının marşrutunu izləyərək onu yerli zibil poliqonuna qədər müəyyən edib.
Axtarış bir neçə saat çəkib. Qutu zədələnmiş vəziyyətdə tapılıb, lakin içindəki təxminən 120 000 € dəyərində qızıl salamat qalıb və sahibinə qaytarılıb.

