Azərbaycanın Goranboy rayonunda mağazalardan birinə quldur basqını olub.
DenMedia.az apa-ya istinadən xəbər verir ki, maskalı şəxs mağazaya daxil olaraq satıcını iti alətlə hədələyib. Daha sonra o, kassadan 410 manat götürərək hadisə yerindən qaçıb.
Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Onun 20 yaşlı Uğur Tağıyev olduğu bildirilib.
Araşdırma zamanı məlum olub ki, şübhəlinin mağazaya daxil olması, kassadan pulu götürməsi və hadisə yerindən uzaqlaşması təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

