Zərdabda 1 tondan artıq xaşxaş kolu məhv edilib.
Bu barədə DenMedia.az-a DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib.
Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində Bıçaqçı kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Ümumi çəkisi 1485 kiloqram olan 1990 ədəd xaş-xaş kolu məhv edilib.

