Sarımsaqlı qurudulmuş pomidor – həm ləzzətli, həm də faydalı qəlyanaltıdır. Bu reseptlə siz yay mövsümünün ətirini uzun müddət saxlaya biləcəksiniz. Resept sadədir və ev şəraitində asanlıqla hazırlanır.
🧄 Tərkibi:
-
Pomidor – 1,5 kq
-
Sarımsaq – 4–5 diş
-
Zeytun yağı – 100 ml
-
Duz – zövqə görə
-
İtalyan ədviyyatları (reyhan, oregano, rozmarin) – 1 çay qaşığı
-
Şəkər – 1 çay qaşığı
-
Qara istiot – 0,5 çay qaşığı (istəyə görə)
🍽️ Hazırlanma qaydası:
-
Pomidorları yuyun və iki yerə bölün. İçini çıxardın və kağız dəsmalın üzərinə, kəsilmiş tərəfi aşağı olmaqla düzün – artıq nəm çəkilsin.
-
Ayrı qabda duz, şəkər, istiot və ədviyyatları qarışdırın. Pomidorların üzərinə səpin və 10–15 dəqiqə gözlədin.
-
Sobanı 100°C-yə qədər qızdırın. Pomidorları perqament kağızı sərilmiş soba listinə, kəsilmiş tərəfi yuxarı olmaqla düzün.
-
Pomidorları 3–4 saat ərzində qurudun, amma tam quru olmamalıdır – elastikliyini saxlamalıdır.
-
Quruyan pomidorlar hazır olanda sarımsağı xırda doğrayın.
-
Pomidorları sterilizə olunmuş bankalara qat-qat yığın, aralarına doğranmış sarımsaq əlavə edin.
-
Üstünə zeytun yağı tökün ki, pomidorlar tam örtülsün. Bankaları qapaqla bağlayın və sərin yerdə saxlayın.
📌 Qeyd: Pomidorlar bir neçə günə hazır olur və qəlyanaltı, salatlar, pizzalar və makaronlar üçün ideal əlavəyə çevrilir.