II tip diabet gündə bir neçə şokolad yeməklə ani şəkildə yaranmır, bu xəstəlik zamanla müxtəlif amillərin təsiri altında formalaşır. Bu barədə NEWS.ru-ya Moskva vilayətinin Krasnoqorsk klinik xəstəxanasının endokrinoloqu Qulnara Zakirova bildirib.
Onun sözlərinə görə, bu prosesdə əsas rol genetik meyillilik və həyat tərzi oynayır.
“Bir çoxları düşünür ki, diabet gündə bir neçə şokoladdan yaranır. Əslində isə bu, belə sadə deyil”
Həkim qeyd edib ki, II tip diabet tədricən inkişaf edir və əsas səbəb genetik faktorlarla həyat tərzinin birləşməsidir.
O bildirib ki, hər gün şokolad yemək qan şəkərinə təsir göstərə və artıq çəkiyə səbəb ola bilər, bu isə xəstəliyin riskini artırır. Lakin səhər və ya günorta bir porsiya şirniyyat qəbul etmək insanı dərhal xəstəyə çevirmir.
Zakirova vurğulayıb ki, qidalanma balanslıdırsa, insan aktivdirsə və çəkisinə nəzarət edirsə, bu məsələyə görə narahat olmağa ehtiyac yoxdur.

