RIA Novosti-yə danışan həkim-qastroenteroloq Yelena Pexotina bildirib ki, xurmanın tərkibindəki yüksək şəkər miqdarı səbəbindən diabet xəstələri bu meyvəni çox qəbul etməməlidirlər.
“Şəkərli diabeti və qəbzliyə meyli olan insanlar xurmanı gündə bir-iki kiçik ədəd olmaqla məhdud miqdarda istehlak etməlidirlər,” — deyə həkim məsləhət görüb.
Onun sözlərinə görə, xurmanın həddindən artıq qəbulu həm qəbzliyə, həm də qan şəkərinin artmasına səbəb ola bilər.
Bununla belə, Pexotina qeyd edib ki, xurma faydalı məhsul olaraq qalır: onun tərkibində antioksidantlar, karotinoidlər, C vitamini və kalium var. Bu maddələr damarları möhkəmləndirir, maddələr mübadiləsini yaxşılaşdırır, bağırsaq və immun sisteminə müsbət təsir göstərir.

