Vitiliqo genetik meyillilik və autoimmun pozuntular səbəbindən yarana bilər. Bu barədə Piroqov Universitetinin dəri xəstəlikləri və kosmetologiya kafedrasının dosenti Valentina Petunina “Gazeta.Ru”ya açıqlamasında bildirib.
Mütəxəssisin sözlərinə görə, vitiliqo zamanı immun sisteminin hüceyrələri səhvən melanositlərə hücum edir. Melanositlər dəridə melanin — dəriyə rəng verən piqmentin istehsalına cavabdeh olan hüceyrələrdir.
Petunina qeyd edib ki, vitiliqo genetik meyilliliklə bağlı autoimmun xəstəlik kimi qiymətləndirilir.

