Tuna balığında yüksək konsentrasiyada civə ola bilər. Bu barədə dietoloq Anton Polyakov “aif.ru”ya müsahibəsində bildirib.
Onun sözlərinə görə, ən zərərli hesab edilən balıqlar çirkli və ya çirklənmiş su hövzələrində yaşayanlardır. Mütəxəssis buna nümunə kimi tilapiyanı göstərib.

Polyakov bildirib ki, tuna xoş dada malik olsa da, onun tərkibində bəzən yüksək civə konsentrasiyası müşahidə olunur. O, köpəkbalığı və çəkicbaşlı köpəkbalığında da belə riskin ola biləcəyini qeyd edib.

Dietoloq eyni zamanda vurğulayıb ki, bu göstəricilər konkret balıqdan və onun yaşadığı mühitdən asılı olaraq dəyişə bilər.
Denmedia.az

