Omeqa-3 və ya omeqa-9 yağ turşuları ilə zəngin olan yağlar ən faydalı hesab olunur. Bu barədə dietoloq Anton Polyakov aif.ru-ya açıqlamasında bildirib.
Mütəxəssisin sözlərinə görə, bu kateqoriyaya kətan toxumu və zeytun yağları daxildir.
“Ən faydalı yağlar omeqa-3 və ya omeqa-9 tərkibli olanlardır. Zeytun yağı omeqa-9, kətan toxumu yağı isə omeqa-3 mənbəyidir. Qoz yağı da faydalıdır və daha çox omeqa-3 ehtiva edir. Digər yağ növlərinə də nəzər salmaq olar. Məsələn, yüksək oleinli günəbaxan yağında omeqa-6 əvəzinə böyük miqdarda omeqa-9 var. Məsələ ondadır ki, qidalanmamızda omeqa-6 həddindən artıq çoxdur və bu da öz növbəsində ciddi fəsadlara səbəb olur”, – deyə Polyakov izah edib.

