Məhsullar düzgün vakuumlanmadıqda onların tərkibində təhlükəli bakteriyalar yarana bilər. Bunu “Podmoskovye Segodnya” internet nəşrinə dietoloq Olqa Redina bildirib.
O, göbələk, çiy ət və iti kənarlı məhsulların vakuumlanmamasına çağırıb.

Redina deyib:
Təzə xiyar, pomidor, qabaq və digər sulu tərəvəzləri də vakuumlamaq tövsiyə olunmur. Çünki onlar dadını və formasını tez itirir, “sıyığa” çevrilir.
Dietoloq vurğulayıb ki, vakuumlamadan əvvəl məhsullar mütləq yaxşı yuyulmalı və qablaşdırmadan öncə soyudulmalıdır. Onun sözlərinə görə, məhsulların təkrar dondurulması da yolverilməzdir.

