Qaragilə istehlakı bioloji qocalma prosesini ləngidə, ürək-damar və immun sisteminin fəaliyyətinə müsbət təsir göstərə bilər.
Bu barədə aif.ru-ya açıqlamasında dietoloq-endokrinoloq Anton Polyakov bildirib.

Onun sözlərinə görə, qaragilə K və A vitaminləri, eləcə də çoxlu miqdarda antioksidant ehtiva edir. Bu maddələr iltihabı azaltmağa, hüceyrələrin sərbəst radikalların təsirindən qorunmasına və damarların sağlamlığının dəstəklənməsinə kömək edir.

Mütəxəssis qeyd edib ki, qaragilədə göyəm ilə müqayisədə daha çox C vitamini var. Bu vitamin damarları möhkəmləndirir və immun sisteminin fəaliyyətinə faydalı təsir göstərir.

