Bir sıra qidalanma vərdişləri payız dövründə immuniteti xüsusilə güclü şəkildə zəiflədə bilər. Həddindən artıq kofein yalnız qısa müddətlik gümrahlıq hissi yaradır, eyni zamanda narahatlığı artırır və ürək ritminin pozulmasına səbəb ola bilər.
Spirtli içkilər isə tam dəyərli istirahəti əvəz etmir və əlavə olaraq yuxu rejimini pozur.
Un məmulatları, şirniyyatlar, kolbasa məhsulları və yarımfabrikatların üstünlük təşkil etdiyi qidalanma rasionu orqanizmi kasadlaşdırır: bədən kifayət qədər zülal, lif və qida maddələri almır.

Bütün bunlar birlikdə immun sisteminin öz funksiyalarını tam şəkildə yerinə yetirməsinə mane olur. Bu barədə “Lenta.ru”ya bərpaedici tibb üzrə həkim, nevroloq və Sistemli Sağlamlıq Akademiyasının təsisçisi Aleksey Mamatov danışıb.
Payızda özünüzə necə kömək etmək olar
- Yuxu rejimini qaydaya salmaq;
- Gəzintilərdən imtina etməmək;
- Spirtli içki qəbulunu azaltmaq;
- Kifayət qədər zülal qəbul etmək.
Payız doyumlu və faydalı mövsümi məhsullarla zəngindir. Rasionunuza balqabaq, kök, kabaçki əlavə edin, payızda yetişən meyvə və giləmeyvələri də unutmayın.
Zülal tərkibli məhsulları da nəzərdən qaçırmamaq tövsiyə olunur: hinduşka və toyuq əti, siyənək və paxlalılar orqanizmin sağlam və güclü qalmasına kömək edə bilər.

