Bədəndə heç bir səbəb olmadan göyərmələrin yaranması ciddi sağlamlıq problemlərindən xəbər verə bilər.
Bu barədə terapevt-kardioloq, tibb elmləri namizədi Andrey Kondraxin RT-yə açıqlamasında bildirib.
Həkimin sözlərinə görə, səbəbsiz göyərmələr qanın laxtalanmasında pozuntuların əlaməti ola bilər. Belə hallarda həkimə müraciət etmək və ümumi qan analizi vermək tövsiyə olunur.

Mütəxəssis qeyd edib ki, göyərmələrə asetilsalisil turşusu kimi qanın laxtalanmasına təsir edən dərmanların qəbulu da səbəb ola bilər.
Digər mümkün səbəblər arasında irsi qan xəstəlikləri, trombositlərin sayının azalması və qan laxtasının əmələ gəlməsində pozuntular var.
Həkim bildirib ki, səbəbsiz göyərmələr bəzi hallarda hemofiliya, keçirilmiş virus infeksiyaları və onkoloji xəstəliklərlə də əlaqəli ola bilər.

