HBO yeni “Harry Potter və Fəlsəfə Daşı” serialının ilk tizerini YouTube kanalında təqdim edib.
Videoda kitabın əsas səhnələri yer alıb: Hoqvartsa məktubun gəlməsi, Harri, Ron və Hermionanın qatarda tanışlığı, seçici papaq mərasimi, kviddiç səhnələri və ilk dərslər.
Klassik hekayə bu dəfə serial formatında yenidən təqdim olunur
Tizerin sonunda serialın 2026-cı ilin katolik Milad bayramı ərəfəsində yayımlanacağı elan olunub.
Yeni layihə ilə bağlı digər detallar:
- Serial 7 mövsümdən ibarət olacaq
- Hər mövsüm bir kitaba uyğun çəkiləcək
- Baş rolları Dominik Maklaflin, Alaster Staut və Arabella Stenton canlandıracaq
Bundan əvvəl aktyor Nik Frost Hagrid rolunu almaq üçün xüsusi ritual etdiyini açıqlamışdı.
Həmçinin Ralf Faynz yeni serialda antaqonistlə bağlı ipucları vermişdi.

