Amerikalı aktyor Tom Hanks yeni filmdə ABŞ prezidenti obrazını canlandıracaq. Bu barədə Variety nəşri yazıb.
69 yaşlı aktyor "Bardoda Linkoln" romanı əsasında çəkiləcək dram filmində ölkənin 16-cı prezidenti Avraam Linkoln rolunu oynayacaq.
Film Corc Sondersin “Lincoln in the Bardo” romanı əsasında çəkiləcək dramatik animasiya-oyun formatlı layihədir.
Ekran əsərində real və uydurma personajlar yer alacaq. Süjet əsasən Linkolnun 11 yaşında vəfat edən oğlu Uilyamla münasibətlərinə həsr olunub.
Filmin rejissoru Duke Johnson olacaq. Tom Hanks isə layihədə həm də prodüser qismində iştirak edəcək. Maraqlıdır ki, aktyor anası Nensi Hanksın xətti ilə Avraam Linkolnun uzaq qohumudur.
Xatırladaq ki, 2025-ci ildə Tom Hanks Nyu-York metrosunda azarkeşlərdən gizlənmək üçün maska taxaraq görüntülənmişdi. Sərnişinlərdən biri onu metroda lentə almışdı. 69 yaşlı aktyor yaşıl kardiqan, gödəkçə, tünd göy cins şalvar, papaq və qara ayaqqabıda olub. “Forrest Gump” ulduzu görünüşünü şəffaf çərçivəli eynək və çanta ilə tamamlamışdı.

