Qalmaqallara səbəb olan “Kızıl Goncalar” serialına Türkiyənin Radio və Televiziya Qurumunun (RTÜK) verdiyi yayımlanma qadağası qərarını məhkəmə də təsdiqləyib.
“Den.az” “Sözcü”yə istinadən xəbər verir ki, baş rollarını tanınmış aktrisa Özgü Namal və məşhur müğənni-aktyor Özcan Denizin canlandırdığı və “FOX TV”də yayımlanan seriala qadağa qoyulma xəbərini prodüser Faruk Turqut açıqlayıb.
O, bu məlumatı sosial media hesabında paylaşıb: “Bu axşam (8 yanvar) yayım yoxdur. Regional İnzibati Məhkəmə RTÜK-ün verdiyi yayımın dayandırılması qərarını təsdiqlədi. “Kızıl Goncalar”ı yayımlaya bilmirik”.
Qeyd edək ki, iki bölümü yayımlanan serial həkim Levent ilə təriqət içində yaşayan Meryemin həyatlarının kəsişməsindən bəhs edir. Serial təriqət səhnələri ilə sosial mediada müzakirə mövzusuna çevrilib. İlk bölümdə məzhəbə mənsub uşaqların gənc yaşda evləndirilməsi, qızların məktəbə göndərilməməsi, Quran dərsləri ilə bağlı kursda zorakılıq kimi bir çox səhnələr müzakirələrə səbəb olub.
Daha öncə serialın İstanbulun Şişli şəhərindəki tanıtım afişalarına boyalı hücum olunmuşdu. Ölkənin Ailə və Sosial Xidmətlər Nazirliyinin müdaxiləsi ilə serialın Levent səmtindəki xəstəxana səhnələri üçün seçilən məkan çəkilişlərdən imtina etmişdi.
Məşhur serialın yayım qadağasını məhkəmə də təsdiqlədi

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.