Pulitser mükafatı laureatı, amerikalı tarixçi Qordon Vud 92 yaşında vəfat edib. Bu barədə ABŞ-ın Providens şəhərinin polisi məlumat yayıb. Ölümə yol-nəqliyyat hadisəsi səbəb olub.
Hüquq-mühafizə orqanlarına piyadanın vurulması barədə məlumat daxil olub. Zərərçəkənin Vud olduğu müəyyən edilib. Daha sonra o, xəstəxanaya çatdırılıb, lakin aldığı xəsarətlərdən vəfat edib.
Qordon Stüart Vud 1992-ci ildə Pulitser mükafatına layiq görüldüyü “Amerika inqilabında radikalizm” kitabının müəllifidir. O, Amerika inqilabı və Amerikanın erkən tarixi üzrə görkəmli tədqiqatçılardan biri kimi tanınıb.

