Fransalı aktrisa Natali Bay 77 yaşında vəfat edib. Bu barədə AFP agentliyi məlumat yayıb.
Aktrisanın Parisdəki evində dünyasını dəyişdiyi bildirilir. Təfərrüatlar açıqlanmayıb. Məlumata görə, o, son illərdə demensiyadan əziyyət çəkirdi.
Natali Bay kinoda debütünü 1972-ci ildə “Parisdə qısa görüş” filmi ilə edib. Onun filmografiyasında 110-dan çox iş yer alır. O, “Tut məni, bacarsan”, “Yenə də Lorens”, “Daunton abbatlığı”, “Mişu D'Oberdən”, “Martin Gerrin qayıdışı”, “On faiz”, “Amerika gecəsi” kimi layihələrdə rol alıb.
1999-cu ildə “Pornoqrafik əlaqələr” filmindəki roluna görə “Volpi Kuboku” mükafatına layiq görülüb. Natali Bay məşhur fransız rok ifaçısı Conni Hollideydən olan qızı Lora Smetin anası idi. Aktrisa heç vaxt evlənməyib.

