Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə bir qrup rektor "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif edilib.
Den.az xəbər verir ki, təltif olunanlar sırasında UNEC-in rektoru professor Ədalət Muradov, Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru Ceyran Mahmudova və Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, Lənkəran Dövlət Universitetinin rektoru Natiq İbrahimov, Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov, Aqrar Universitetin rektoru Zəfər Qurbanov yer alıblar.
Yubiley medalını rektorlara elm və təhsil naziri Emin Əmrullayev təqdim edib.
Prezident rektorları təltif etdi - ADLAR

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.