Bolqarıstanın hazırkı Prezidenti İliyana Yotova ölkədə keçirilən prezident seçkilərinin ikinci turunda qalib gəlib.
Bu barədə Bolqarıstan Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrdən məlum olub.
Seçki protokollarının 99,95 faizi hesablandıqdan sonra İliyana Yotova və vitse-prezidentliyə namizəd Kiril Vılçev seçicilərin 57,58 faizinin səsini qazanıblar.
Onların rəqibləri Andrey Gyurov və Georgi Kandev isə 39,47 faiz səs toplayıblar.
Beləliklə, Yotova və Vılçev rəqiblərini 18 faiz bəndindən çox fərqlə qabaqlayıblar.
Səslərin hesablanması yekunlaşmaq üzrədir və qalan protokolların nəticələri dəyişdirəcəyi gözlənilmir.
Seçkilərin yekun rəsmi nəticələri noyabrın 4-dən gec olmayaraq açıqlanacaq.

