Hər yan sankı ağ örpəy bürünüb. Bəzən azyaşlılar onu qar bilib əllərini də vurur.
“Den.az” xəbər verir ki, sakinlərin iddiasına görə mənşəyi hələki məlum olmayan maye evlərə dolur.
Abşeron rayon Xırdalan şəhər Quşçuluq yaşayış massivinin bir qrup sakinləri iddia edir ki, sahibkar Cəmil Rüstəmxanlıya məxsus olan Fortis Group müəssisəsində istehsal olunan məhsulların tullantıları onları zəhərləyir. Evlərin 10 metrliyində yerləşən müəssisədən çıxan ağ rəngli perlic mayesi həyətlərə hətta evlərə qədər gəlib çatır. Tərkibinin kimyəvi maddə ilə dolu olan bu tullantı gips məhsuluna qatılmaq üçün müəssisəyə gətirilib. Ancaq sahibkar sakinlərin yaşayışını nəzərə almır. Ətrafda yaşayan insanların həyatı təhlükədədir. Hətta bir neçə sakin bu mayedən zəhərlənərək xəstəxanaya müraciət edib.
Mövcud vəziyyətlə bağlı adı çəkilən müəssisə Fortis Group MMC-dən “Den.az” -a bildirilib ki, məhsulların istehsalında müasir standartlara cavab avadanlıqlardan istifadə olunur. Həmin avadanlıqlara 10 ədad toztutucu qurğularda mövcuddur. Qeyd olunan avadanlıqlar hər il ekologiya nazirliyi tərəfindən müvafiq ekspertizadan, sınaqdan keçirilir. Həmin ərazidə yaşayan sakinlər tərəfindən evlər, zavod fəaliyyətə başlayandan sonra tikilmişdir. Həmin yaşayış evlərinə məxsus heç bir qanuni sənəd mövcud deyildir. Cünki ərazinin torpaq sahəsinin təyinatı sənaye təyinatlı torpaqdır. Buna görə yaşayış sahələri qanunsuz tikikmişdir, hətda onların bəziləri zavod ərazisinə məxsus torpaqlarda tikilmişdir. Sakinlər tərəfindən iddia olunan tozun bizim zavodla hec bir əlaqəsi yoxdur, tamamilə təxribat xarekteri daşıyır. Sakinləri məqsədi bu yolla öz torpaqlarını şirkətə satıb, pul əldə etməkdir.
Qeyd edək ki, Cəmil Rüstəmxanlı, Millət Vəkili Sabir Rüstəmxanlının oğludur.
Nizami Rəsulov
Den.az
Sabir Rüstəmxanlının oğlu insanları zəhərləyir? RƏSMİ AÇIQLAMA-FOTOLAR

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.