Gah yaşadığı evə əxlaqsız qadınlar gətirir, gal qonşuları bıçaqla təhdid edir. İki gün bundan öncə isə yataqxananı yandırmaq istəyib.
Bu barədə Den.az-a Sumqayıtda 5 saylı yataqxananın sakinləri şikayət edib.
Şəhərin 15-ci məhəllə ərazisindəki 5 saylı yanaqxanın sakinləri bildirir ki, binanın 4-cü mərtəbəsində yaşayan Məcid Zülfiqarov adlı şəxs, onların həyatını zindana çevirib. Nə gecə, nə gündüz sakinləri yaşamağa imkan vermir. İnsanların həyatı üçün təhlükə yaranıb. Uşaqlar , yaşlılar evdən çölə çıxa bilmirlər. Bəzən axşam saatlarında evə əxlaqsız qadınlar gətirərək içki məclisi düzəldir. Bu yaxınlarda isə evinə od vuraraq yataqxananı yandırmaq istəyib. Bu da sakinləri ciddi narahat edir.
İttiham olunan şəxsin qardaşı Səttar Zülfiqarovun sözlərinə görə, deyilənlər tam doğrudur. Nəyinki sakinlər, hətta özü belə ondan qorxur.
Mövcud vəziyyətlə bağlı artıq Polisə məlumat verilib. DİN-dən bildirilib ki, sözü gedən şəxslə bağlı daxil olan şikayət əsasında araşdırma aparılır.
Yataqxanadakı evini əxlaqsızlıq yuvasına çevirib: BİYABIRÇILIQDIR

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.