Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında Ramazan bayramı münasibətilə paylaşım edib.
DenMedia.az xəbər verir ki, paylaşımda bildirilib:
“Bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını müqəddəs Ramazan bayramı münasibətilə təbrik edirəm! Allah etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin, hər kəsə sağlamlıq və xoşbəxtlik, dünyamıza sülh və əmin-amanlıq bəxş etsin!”.


