İsrailin Bakıdakı səfirliyi Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib.
Təbrik mesajı səfirliyin “X” sosial şəbəkə hesabında yayımlanıb.
“Azərbaycan xalqını Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, ən xoş arzularımızı çatdırırıq. Bu müqəddəs bayramın sülh, rifah və birlik gətirməsini arzulayırıq,” — deyə paylaşımda bildirilib.
Diplomatik nümayəndəlik qeyd edib ki, Ramazanın mənəvi dəyərləri insanlar arasında mərhəmət, səxavət və qarşılıqlı anlayışı gücləndirir.
Səfirlik həmçinin bu dəyərlərin Azərbaycan və İsrail xalqları arasında dostluq və əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcəyinə ümid etdiyini vurğulayıb.

