Avqustun 16-da Bakıda, Abşeron yarımadasında və Azərbaycanın bir sıra bölgələrində küləyin güclənəcəyi gözlənilir.
Bununla əlaqədar Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı və narıncı xəbərdarlıq elan edilib.
Sarı xəbərdarlığa əsasən, Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi, Naxçıvan Muxtar Respublikasında və ölkənin bir sıra rayonlarında isə şərq küləyi 13,9–20,7 m/s sürətlə əsəcək.
Sarı xəbərdarlıq Naxçıvan MR, Cəbrayıl, Zəngilan, Füzuli, Ağdam, Mingəçevir, Yevlax, Tərtər, Bərdə, Cəlilabad, Biləsuvar, Gədəbəy, Göygöl, Ağstafa, Gəncə, Tovuz, Şəmkir, Samux, Qazax, Beyləqan, Şirvan, Salyan, Qobustan, İmişli, Saatlı, Sabirabad, Neftçala, Hacıqabul, Xaçmaz, Siyəzən, Şabran, Quba, Xızı və Qusar rayonlarını əhatə edir.
Goranboy, Naftalan və Daşkəsən üçün isə narıncı xəbərdarlıq elan olunub.
Bu rayonlarda şərq küləyinin sürətinin 20,8–28,4 m/s təşkil edəcəyi gözlənilir.

