Sabah, 16 iyulda Bakıda və Abşeron yarımadasında, ölkənin bəzi rayonlarında isə 16-18 iyul tarixlərində küləyin güclənəcəyi gözlənilir.
Bununla əlaqədar sarı xəbərdarlıq elan olunub.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Proqnoza görə, Bakı və Abşeronda şimal-qərb küləyi üstünlük təşkil edəcək.
Naxçıvan Muxtar Respublikası, Kəlbəcər, Laçın, Zəngilan, Cəbrayıl, Füzuli, Quba, Qusar, Şabran, Siyəzən, Xızı, Xaçmaz, Saatlı, Sabirabad, Şirvan, Hacıqabul, Neftçala, Salyan, Biləsuvar, Cəlilabad, Lerik, Yardımlı, Balakən, Qax, Zaqatala, Şəki, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Gədəbəy, Daşkəsən, Goranboy, Naftalan, Samux, Gəncə və Mingəçevirdə isə şərq küləyinin əsəcəyi bildirilir.
Küləyin sürətinin 13,9-20,7 m/s-ə çatacağı gözlənilir.

