İyulun 30–31-də Bakıda, Abşeron yarımadasında və Azərbaycanın bir sıra bölgələrində gözlənilən güclü küləklə bağlı sarı və narıncı xəbərdarlıq elan edilib.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi güclənəcək.
Qobustan, Hacıqabul, Şirvan, Salyan, Neftçala, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Saatlı, Sabirabad, İmişli, Beyləqan, Füzuli, Cəbrayıl, Siyəzən, Şabran, Xaçmaz, Quba, Qusar, Xızı, Mingəçevir, Yevlax, Goranboy, Daşkəsən, Naftalan, Gəncə, Göygöl, Bərdə, Tərtər, Tovuz, Ağstafa, Gədəbəy, Qazax, Şəmkir, Samux və Şəkidə isə cənub-şərq küləyi əsəcək.
Bu ərazilərdə küləyin sürətinin 13,9–20,7 metr/saniyəyə çatacağı gözlənilir və sarı xəbərdarlıq qüvvədə olacaq.
Naxçıvan Muxtar Respublikasında isə narıncı xəbərdarlıq elan edilib. Burada cənub-şərq küləyinin sürəti 20,8–28,4 metr/saniyəyədək güclənə bilər.

