Bu gün Bakının Xətai rayonunda qaz təchizatı müvəqqəti dayandırılacaq.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, məhdudiyyət təmir-quraşdırma işləri ilə əlaqədardır.
Saat 10:00-dan işlər başa çatanadək Abbas Səhhət küçəsində qazın verilişi dayandırılacaq.

