Paytaxtın bir sıra rayonlarında qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) tabeliyində fəaliyyət göstərən Azərigaz İstehsalat Birliyi məlumat yayıb.
Məlumata görə, qazın verilişinin dayandırılması Xəzər rayonunda qaz xətlərinin köçürülməsi ilə bağlı aparılan işlərlə əlaqədardır.
Qeyd olunur ki, yanvarın 28-də saat 10:00-dan etibarən Qala qəsəbəsində “Qala Stansiyası” yaşayış massivində qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq. Texniki işlər başa çatdıqdan sonra qazın verilişi bərpa olunacaq.

