İyulun 30-da Abşeron rayonunun bəzi yaşayış məntəqələrində qaz təchizatı müvəqqəti dayandırılacaq.
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, buna səbəb təmir-quraşdırma işlərinin aparılmasıdır.
Saat 08:00-dan işlər başa çatanadək Xırdalan şəhərinin bir hissəsində, Atçılıq, Qobu, Hökməli, Pirəkəşkül, Müşfiqabad, 28 May, Saray və Ceyranbatan qəsəbələrində, həmçinin Daş Güzdək, Aşağı Güzdək, Çaylı və Qobustan kəndlərində qaz verilişi dayandırılacaq.

