Bakının Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsində bir neçə küçənin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan etibarən T. Nərimanov, 14 İyul və M. Ə. Sabir küçələrində qazın verilişi dayandırılacaq.
Qaz təchizatı təmir-quraşdırma işləri başa çatdıqdan sonra bərpa olunacaq.

