Bakının Nizami rayonunun bəzi ərazilərində elektrik enerjisi və su təchizatında müvəqqəti fasilələr yaranacaq.
“Azərişıq” ASC-nin məlumatına görə, oktyabrın 19-da saat 09:00-dan 14:00-dək rele mühafizəsi və avtomatika sistemlərinin yoxlanılması ilə əlaqədar elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Fasilələr Bəhruz Nuriyev, Cəmşid Naxçıvanski, İsmayıl Məmmədov küçələrində, eləcə də Babək və Qara Qarayev prospektlərinin bəzi hissələrində qeydə alınacaq.
Qurumdan bildirilib ki, işlər başa çatdıqdan sonra sakinlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
Bundan başqa, oktyabrın 19-dan 21-dək rayonun bəzi ərazilərində su təchizatında da fasilələr olacaq.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin məlumatına görə, məhdudiyyətlər su və kanalizasiya şəbəkəsinə qoşulma işləri ilə əlaqədardır.
Bəzi ərazilərdə suyun verilməsi oktyabrın 19-na keçən gecədən oktyabrın 21-i səhər saatlarınadək dayandırılacaq.

