Bu gün Bakının Yasamal və Nizami rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.
“Azərişıq” ASC-dən verilən məlumata görə, məhdudiyyətlər təmir-təftiş işləri ilə əlaqədardır.
Yasamal rayonunda saat 10:00-dan 13:00-dək Arif Mehdiyev, Əsəd Əhmədov və Zahid Xəlilov küçələrində, həmçinin Hüseyn Cavid və Mətbuat prospektlərinin bir hissəsində elektrik enerjisinin verilişi dayandırılacaq.
Nizami rayonunda isə saat 10:00-dan 14:00-dək Babək prospektində, eləcə də Keşlə qəsəbəsinin 1-ci və 4-cü Köndələn küçələrində elektrik enerjisinin verilişində fasilələr olacaq.
Qurumdan bildirilib ki, işlər başa çatdıqdan sonra qeyd olunan ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcəklər.

