Paşinyan səmimi söhbətə görə Türkiyə liderinə təşəkkür etdiyini söyləyib:
“Biz bütün məsələləri müzakirə etdik: kommunikasiyaların açılması, əlaqələrin qurulması, müxtəlif sahələrdə mümkün əməkdaşlıq, Anidə tarixi körpünün bərpası və digər detallar. Ümumi təəssüratlarım müsbət oldu, detallar təsiredicidir, həmin görüşlə bağlı heç bir mənfi nüans qeyd edə bilmərəm.
Türkiyə ilə münasibətlərin normallaşması istiqamətində mühüm irəliləyiş var. Mənə deyirlər ki, o ölkə ilə niyə barışırsan? Bunu deyən digər yandan təkid edir ki, Türkiyə kimi bir ölkə ilə müharibəyə girək”.