Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rəsmi səfərlə Yaponiyaya yola düşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, səfər çərçivəsində iyunun 10-da nazir Ceyhun Bayramovun yaponiyalı həmkarı Toşimitsu Motegi və digər rəsmi şəxslərlə görüşləri planlaşdırılıb.

