Türkiyə və Ukrayna arasında memorandum imzalanıb.
"Den.az" xəbər verir ki, memorandum çərçivəsində ölkələr birlikdə pilotsuz təyyarələrin istehsalını inkişaf etdirməyə davam edəcəklər.
Sənədi Ukrayna lideri Vladimir Zelenskinin Türkiyəyə səfəri zamanı iki ölkənin sənaye nazirləri Aleksandr Kamışin və Mehmet Fatih Kacır imzalayıblar.
Qeyd olunur ki, memorandum Ukrayna və Türkiyə şirkətləri arasında strateji sənaye və texnologiyalar sahəsində əməkdaşlığa təkan verəcək.
Əməkdaşlıq əsasında müxtəlif tipli PUA-ların istehsalının inkişafı, o cümlədən avtonom sistemlər, kosmik və strateji sənaye sahələrinin inkişafı üçün zəruri olan digər texniki əməkdaşlıq sahəsində tədqiqat və təkmilləşdirmə işləri nəzərdə tutulub.
Qeyd edək ki, bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Zelenski ilə danışıqlardan sonra Ankaranın Ukraynadakı münaqişənin danışıqlar yolu ilə sona çatması üçün səylərini davam etdirəcəyini bildirmişdi.
Mənbə: lenta.ru
Türkiyə Ukraynaya PUA-ların istehsalında köməklik edəcək - FOTO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.