Bu gün 28 May - Müstəqillik Günündə Laçın Beynəlxalq Hava Limanının açılışı baş tutub.
“Den.az”-ın məlumatına görə, açılışda Azərbaycan Prezidenti İlham Əliyevlə birgə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib.
Qardaş ölkə prezidentləri açılış rəmzini bildirən lenti kəsiblər.
Laçın Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edilib.