AZAL-a məxsus təyyarənin vurulması ilə bağlı istintaq işi çərçivəsində hadisəyə görə məsuliyyət daşıdığı ehtimal edilən bir neçə şəxsin saxlanıldığına dair məlumat yayılıb.
Bir neçə gün öncə Rusiyanın “Baza” media layihəsinin baş redaktoru Qleb Trifonovun həbs edilməsinin də Azal təyyarəsinin pilotlarının danışıqlarına dair stenoqramların yayılması ilə bağlı olduğu bildirilir. Məlumata görə, o, məhdud girişli məlumatlara çıxış əldə edərək yaymaqda ittiham olunur.
Məsələ ondadır ki, Azərbaycan tərəfi təyyarənin vurulmasından sonra Rusiya qarşısında ardıcıl və prinsipial şərtlər irəli sürmüş, məsul şəxslərin cəzalandırılmasını açıq şəkildə tələb etmişdi.
Beləliklə, Rusiya artıq Azərbaycanın mövqeyinə uyğun hərəkət etməyə başlayıb? Bu, Moskvanın Bakı ilə gərginliyi azaltmaq cəhdləri kimi qiymətləndirilə bilərmi?
Den.az xəbər verir ki, Globalinfo.az-a danışan siyasi şərhçi Anar İsayev deyib ki, bu məsələ həm siyasi, həm də hüquqi baxımdan son dərəcə ciddi və həssas xarakter daşıyır.