Rusiyaya məxsus daha bir hərbi yük təyyarəsi bu gün Ermənistana eniş edib.
Den.az xəbər verir ki, bu barədə məlumatı yerli KİV yayıb.
Bildirilir ki, bu, son 10 gün ərzində qeydə alınan 12-ci hərbi reysdir. Məlumata görə, bu müddət ərzində Rusiyadan Ermənistana ümumilikdə 12 yük təyyarəsi göndərilib – onlardan 10-u Gümrüdə yerləşən hava limanına, 2-si isə birbaşa İrəvana eniş edib. Bu gün səhər saatlarında İrəvanda ilk, az öncə isə ikinci hərbi təyyarənin endiyi qeyd olunub.
Hazırda uçuşların dəqiq məqsədi və məzmunu barədə rəsmi açıqlama verilməyib. Lakin müşahidəçilər bu daşımaları Rusiya-Ermənistan hərbi-texniki əməkdaşlığının intensivləşməsi kimi qiymətləndirirlər.
Xatırladaq ki, Ermənistanda Rusiya Silahlı Qüvvələrinin Gümrü şəhərində yerləşən 102-ci hərbi bazası mövcuddur və regionda Moskvanın əsas strateji dayaqlarından biri hesab olunur.