ABŞ-ın Azərbaycandakı səfirliyi Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı mesajı ünvanlayıb.
Müvafiq paylaşım diplomatik nümayəndəliyin “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində yerləşdirilib.
“Bu gün biz 1992-ci ildə Xocalıda həlak olanların xatirəsini Azərbaycan xalqı ilə birlikdə anırıq. ABŞ-ın Bakıdakı səfirliyi adından yaxınlarını itirən ailələrə və dostlara dərin hüznlə başsağlığı veririk. Qurbanların xatirəsini yad edərkən insan ləyaqətinin, mərhəmətin və gələcək nəsillər üçün möhkəm sülhün qurulmasının vacibliyini xatırlayırıq,” – paylaşımda bildirilib.

