Xarici işlər naziri Ceyhun Bayramov Naxçıvana dron hücumları ilə bağlı təhlükəsizlik və diplomatik addımların atıldığını bildirib.
Ceyhun Bayramov qeyd edib ki, İran ərazisindən Naxçıvan Muxtar Respublikasına edilən pilotsuz aparat hücumları ilə bağlı Prezident İlham Əliyevin tapşırığı ilə həm diplomatik, həm də təhlükəsizlik tədbirləri həyata keçirilir.
Nazirin sözlərinə görə, İrana nota təqdim olunub və məsələ ilə bağlı telefon danışıqları aparılıb.
“Təhlükəsizlik tədbirləri Prezidentin nəzarəti altında ən yüksək səviyyədədir. Silahlı qüvvələrin hazırlıq səviyyəsi daha da artırılır. Bütün müvafiq tapşırıqlar verilib”, — deyə Ceyhun Bayramov bildirib.

