Avropa İttifaqı dünya səhnəsində daha müstəqil siyasət yürütməli və ABŞ-dan asılı olmadan hərəkət etməlidir. Bu barədə Almaniyanın sabiq kansleri Angela Merkel bildirib. Onun sözlərini DPA agentliyi yayıb.
Merkelin sözlərinə görə, Avropa Ukrayna ətrafındakı münaqişənin həllində diplomatik alətlərdən daha fəal istifadə etməlidir.
O qeyd edib ki, hələ 2021-ci ildə Rusiya ilə dialoqun yalnız ABŞ-ın nəzarətində qalmamalı olduğunu demişdi.
“Avropa indi hər zamankından daha çox öz taleyini öz əlinə almalıdır”, — deyə Angela Merkel bildirib.

