Azərbaycanın Türkiyədəki səfirliyinin konsulluq şöbəsi 20–30 mart tarixlərində fəaliyyət göstərməyəcək.
Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.
Bildirilib ki, Nazirlər Kabinetinin qərarına əsasən Novruz və Ramazan bayramları ilə əlaqədar həmin tarixlər qeyri-iş günü elan edildiyindən konsulluq xidmətləri müvəqqəti dayandırılacaq.

