Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 18 mart 2026-cı il tarixində Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərinə işgüzar səfərə yola düşüb.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Səfər çərçivəsində Bayramovun regional təhlükəsizlik və sabitlik məsələlərinə həsr olunmuş xarici işlər nazirlərinin məsləhətləşmə görüşündə iştirakı nəzərdə tutulur.
Məlumata görə, səfər zamanı həmçinin bir sıra ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır/

