Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komissiyasının sədri Fuat Oktay bildirib ki, İrandan Azərbaycan və Türkiyəyə raket buraxılması ilə bağlı əmri kimin verdiyi araşdırılır,
DenMedia.az apa-ya istinadən xəbər verir ki, onun sözlərinə görə, bu hücumlar İrana heç bir fayda vermir:
“Azərbaycan və Türkiyə bu müharibənin mənasız olduğunu ən açıq şəkildə deyən ölkələrdəndir. Bu səbəbdən belə hücumlar baş verməməli idi”
Fuat Oktay qeyd edib ki, hadisənin təxribat ola biləcəyi versiyası da ciddi şəkildə araşdırılır. O xatırladıb ki, İran Prezidenti Məsud Pezeşkian da bu hücumların İran tərəfindən həyata keçirilmədiyini bildirib.
Türkiyəli rəsmiyə görə, əsas məsələ raketin haradan buraxılmasından daha çox əmrin kim tərəfindən verildiyini müəyyənləşdirməkdir:
“Raketin İran ərazisindən buraxıldığı məlumdur və düyməni bir iranlının basması mümkündür. Amma əsas məsələ bu əmrin kim tərəfindən verildiyini aydınlaşdırmaqdır”

