Azərbaycan ABŞ və İran arasında elan olunan atəşkəsi alqışlayır.
Bu barədə XİN məlumat yayıb.
“Bu atəşkəsin regionda gərginliyin azalmasına kömək edəcəyinə, eləcə də dayanıqlı sülh və sabitliyin bərqərar olmasına töhfə verəcəyinə ümid edirik”, — deyə bəyanatda bildirilir.
Rəsmi Bakı tərəfləri mövcud məsələlərin həllinə və qarşılıqlı etimadın formalaşmasına yönəlmiş konstruktiv dialoqa çağırıb.
“Azərbaycan regionda dayanıqlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləməyə hər zaman hazırdır”, — deyə nazirlikdə vurğulanıb.

