“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması regionda sabitliyin təmin olunmasına kömək edəcək, Rusiya bu prosesi dəstəkləyir”.
Den.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
O bildirib ki, Moskva sülh müqaviləsinin tez zamanda imzalanmasını alqışlayır:
“Biz bunu dəfələrlə demişik. Məhz belə bir müqavilə regionda planlaşdırıla bilən vəziyyət yaradacaq, sabitlik və sülhə töhfə verəcək”.
Qeyd edək ki, Əbu-Dabidə Azərbaycan və Ermənistan liderlərinin rəhbərlik etdiyi nümayəndə heyətləri arasında keçirilən görüş başa çatıb.