Moldova prezidenti Maya Sandu Belarusiyə keçmiş xüsusi xidmət rəhbər müavini Aleksandr Balanın verilməsi ilə bağlı “şüurlu dövlətə xəyanətdə” ittiham olunub.
Bu bəyanatla keçmiş baş nazir Vladimir Filatın rəhbərlik etdiyi Liberal-Demokrat Partiyası çıxış edib.
Bəyanatda bildirilir ki, bu addım xüsusi xidmət orqanlarının tarixində analoqu olmayan qərar kimi qiymətləndirilir.
“Dövlətin öz xüsusi xidmət rəhbərini digər zabitlərin geri qaytarılması qarşılığında təhvil verməsi ilə bağlı təsdiqlənmiş nümunə yoxdur. Bu addım Maya Sandunun birbaşa iştirakı ilə şüurlu dövlətə xəyanətə bərabərdir”, — deyə açıqlamada qeyd olunub.
Məlumata görə, Aleksandr Balan Belarus kəşfiyyatı ilə əməkdaşlıqda və məxfi məlumatların ötürülməsində ittiham olunaraq qiyabi şəkildə 1,5 il azadlıqdan məhrum edilib.
İstintaqın nəticələrinə əsasən, onun 2024–2025-ci illərdə xarici agentlərlə bir neçə dəfə görüşərək pul qarşılığında məlumat ötürdüyü müəyyən edilib.

